Nazir müavini: ““Məşğulluq marafonu” işəgötürənlər üçün icbari tədbir deyil"

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev

© APA | Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev

# 10 iyun 2021 12:22 (UTC +04:00)

“Məşğulluq marafonu” işəgötürənlər üçün icbari tədbir deyil.

APA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, şəhid ailəsi üzvləri və yaralı qazilər barədə məlumatlar yerli məşğulluq filiallarına çatdırılacaq. Şəhid ailəsi üzvləri və yaralı qazilər barədə məlumatlar işəgötürənlərlə müzakirə olunacaq və işəgötürənlərin tələblərinə cavab verən həmin şəxslər işə götürüləcək. Burada sosial məsuliyyətin bölünməsi əsas məqsəddir.

Nazir müavini deyib ki, artıq bu gündən başlayaraq Nazirliyin özündə və yeri qurumlarında da bu prosesə başlanıb: "Məşğulluq marafonu”nda həm şəhid ailə üzvləri, həm də yaralanmış qazilər iş üçün müraciət etməlidirlər. İş üçün yaş məhdudiyyəti 65 yaşa qədərdir, bu yaşa qədər müraciət edən şəxslər işlər təmin oluna bilər. Həmin şəxslər Nazirliyin özündə və yerli qurumlarında da işlə təmin oluna biləcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR