Nazir müavini: "Vətən müharibəsində FHN-in 19 əməkdaşı iştirak edib"

Etibar Mirzəyev

© APA | Etibar Mirzəyev

# 05 noyabr 2021 12:12 (UTC +04:00)

Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) 19 nəfər əməkdaşı iştirak edib.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev FHN Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir müavini bildirib ki, Mülki Müdafiə Qoşunlarından bir nəfər şəhid olub: "44 günlük müharibədə Fövqəladə Hallar Nazirliyin əməkdaşları da faəliyyət göstəriblər. Döyüşlər zamanı fövqəladə halların aradan qaldırmasında nazirliyin yanğınsöndürənləri və digər qurumlarımızın əməkdaşları da faəliyyət göstərib. Bundan başqa, FHN əməkdaşları ermənilərin mülki əhalinin yaşadığı şəhərlərə atdığı raketlər nəticəsində yaralanan vətəndaşlarımızın axtarış və xilasetmə işlərində iştirak ediblər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR