Nazir: "Müəllimlərin işə qəbulu müsabiqəsində imtahanlar asan olanda keçid balları yuxarı olur"

Nazir: "Müəllimlərin işə qəbulu müsabiqəsində imtahanlar asan olanda keçid balları yuxarı olur"
# 04 avqust 2021 18:09 (UTC +04:00)

"Müəllimlərin işə qəbulu müsabiqəsində imtahanlar asan olanda keçid balları yuxarı olur".

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, imtahanlar çətin olanda keçid balı da aşağı olur, amma toplanan ballar da aşağı olur.

E. Əmrullayev, eyni zamanda, qeyd edib ki, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılan “Məşğulluq marafonu”na qoşulub. Marafon nəticəsində artıq 500 şəhid ailəsi üzvü və qazi işə qəbul olunub.

Nazir deyib ki, ancaq MİQ imtahanında bu, nəzərə alınmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR