Nazir: "Müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlər yəqin ki, növbəti illərdə də 5000-7000 arasında olacaq"

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 04 avqust 2021 17:39 (UTC +04:00)

Müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlər yəqin ki, növbəti illərdə də 5000-7000 arasında olacaq.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. Onun sözlərinə görə, musiqi və təsviri sənət fənlərində daha çox vakant yer çıxara bilirik. 50 min adam müraciət edirsə, bizim 7000 vakant yerimiz varsa 43 min adam bizdən narazı qalır. Heç də bu adamların hamısı işsiz də deyil, onlar daha çox yerdıyişmıə üçün müraciət edir. Azərbaycan məktəbinin 4400 məktəbdən təxminən 300-ü Bakıda, 500-ə yaxını Abşerondadırsa, kənd məktəblərinin sayı minlərlədir. Bu yerlərə də biz müəllimləri göndərmək istəyirik. Başa düşürük ki, xanımlar üçün ora getmək daha çətindir. Amma bütün məktəblərdə müəllimlər dərs deməlidir, həmin məktəblərdə yüz minlərlə uşaq oxuyur. 10-15 min vakant yer çıxarmaq bizim sistemdə mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR