Nazir: “Övladını məktəbə göndərmək istəməyən valideynlər yazılı müraciət edə bilərlər"

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 08 may 2021 16:18 (UTC +04:00)

“Valideynlər övladlarını məktəbə göndərmək istəmirsə, məktəbə yazılı müraciət edə bilərlər”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən hər gün, hər saat koronavirusa yoluxma sayı öyrənilir: “Mayın 17-dən əvvəl əyani tədris mümkün deyildi, ibtidai siniflərin də tətili var idi, növbəti günlərdə isə bayram tətilinə çıxılır. Bu baxımdan ən qısa zamanda yalnız 17 maydan əyani dərslərə qayıtmaq mümkün olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR