Nazir: "Son illərdə olimpiadalarda iştirak edən şagirdlərin sayı artıb"

Nazir: "Son illərdə olimpiadalarda iştirak edən şagirdlərin sayı artıb"

© APA | Təhsil naziri Emin Əmrullayev

# 17 iyul 2021 16:30 (UTC +04:00)

“Son 7-8 ildə olimpiadalarda iştirak edən şagirdlərin sayı artıb”.

APA-nın məlumatına görə, bunu Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində çıxış Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hər il 30 min şagird olimpiadalarda iştirak edir: “Olimpiadalarda şəffaf, ədalətli seçim aparılır. Azərbaycanın beynəlxalq olimpiadalarda tutduğu yerlərin sayı da artır”.

Nazir bildirib ki, Milli Məclis tərəfindən edilmiş dəyişikliyə əsasən, olimpiada qaliblərinin birbaşa ali məktəbə qəbulu da əhəmiyyətli dəyişiklikdir: " Olimpiada qalibləri artıq uyğun ixtisaslar üzrə ali məktəblərə qəbul olurlar. Hər il onlarla şagird xaricdə təhsil almaq imkanı qazanır".

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR