Nazir: “Sosial paket 1 milyard 441 milyon manatdır, 2 milyon insanı əhatə edəcək”

Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri

© APA | Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri

# 10 noyabr 2021 16:01 (UTC +04:00)

“Sosial paketdə artımla bağlı məsələ növbəti komissiya iclaslarında müzakirə ediləcək”.
Bunu APA-ya açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev bildirib.
S. Babayev deyib ki, ümumilikdə, paket çox əhəmiyyətlidir:
“Hesablama Palatasının ümumi rəyində rəqəm qeyd olunub. Söhbət 1 milyard 441 milyon manatdan gedir. Sosial paket 2 milyon insanı əhatə edəcək. Detallarına gəlincə, büdcə zərfi parlamentdə qəbul ediləndən sonra müvafiq fərman və sərəncamlar olacaq. Çünki bu, parlamentdə müzakirə edilməlidir, büdcə çərçivəsində bu rəqəmlər təsdiq edilməlidir. Biz ümumi portfelin içərisində konkret sahələr üzrə bölgünü verməliyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev 16 oktyabr 2021-ci il tarixdə “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR