Nazirlər Kabineti: Gələn il əsas prioritetlərdən biri ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir

Nazirlər Kabineti: Gələn il əsas prioritetlərdən biri ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir
# 24 sentyabr 2021 19:52 (UTC +04:00)

2022-ci ildə əsas prioritet xərc istiqamətlərindən biri ordunun maddi-texniki bazasının möhkəmləndirilməsidir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasında bildirilib.

Qeyd edilib ki, Ordunun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR