Nazirlik: 60 min nəfərdən çox təhsil işçisi vaksin olunmayıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 19 avqust 2021 14:19 (UTC +04:00)

İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, bugünədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır: “İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR