Nazirlik: Antibiotiklərin reseptsiz satışı qadağandır

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 23 noyabr 2021 12:23 (UTC +04:00)

“Antibiotiklərin reseptsiz satışı qanunla qadağandır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş dəyirmi masada deyib.

O bildirib ki, amma bununla belə bu dərmanların pərakəndə satışına rast gəlinir: “Bununla bağlı qanunda deyil, qanuna nəzarətdə boşluqlar olduğu üçün pərakəndə satış mövcuddur. Pandemiya zamanı rastlaşdığımız çətinliklər də göstərdi ki, qanunun düzgün işləməsi üçün tədbirlər görülməlidir. Elektron reseptlərin tətbiqi bu işə təkan verə bilər. Monitorinq aparılmasa, biz bu işi bir günə həll edə bilmərik. Bütün qurumların müştərək işləməsi lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR