Nazirlik aşağı nəticə göstərən tələbələrin pandemiya dövründə yüksək bal toplaması ilə bağlı iddialara münasibət bildirib

TN-in Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli

© APA | TN-in Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli

# 17 sentyabr 2021 11:41 (UTC +04:00)

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli aşağı nəticə göstərən tələbələrin pandemiya dövründə əlaçı nəticəsi göstərməsi ilə bağlı iddialara münasibət bildirib.

APA-nın məlumatına görə, “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə şöbə müdiri deyib ki, 2-3 adama baxıb toplum haqqında fikir yürüdə bilməz:

“Bizim əlimizdə hansısa ciddi faktlar yoxdur ki, aşağı nəticə göstərən tələbələrin böyük hissəsi pandemiya vaxtı əlaçı nəticəsi göstəriblər. Ola bilsin bəzi hallarda hansısa dəyişiklik olub, bu dəyişikliyin mahiyyəti vəziyyətlə əlaqədar tələbələrə olan güzəştlərlə bağlıdır. Biz problemləri görməliyik, analiz etməliyik, çıxış yolları göstərməliyik”.

N. Məmmədli deyib ki, müxtəlif dövlət qurumları da müvafiq araşdırmalara başlayıb: “Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR