Nazirlik: Hər iki dozada eyni vaksindən vurulması tövsiyə olunur

Səhiyyə Nazirliyi

© APA | Səhiyyə Nazirliyi

# 10 iyun 2021 15:17 (UTC +04:00)

“Bir sıra ölkələrdə iki dozada müxtəlif vaksinlərin vurulması ilə bağlı ilkin sınaqlar gedir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova " COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib. O bildirib ki, hər iki dozada eyni vaksindən vurulması tövsiyə olunur. “Hələ bunlar klinik sınaqlar mərhələsindədir. İki dozanın fərqli olduğu halda belə müsbət nəticələr əldə olunub. Hətta belə versiyalar var ki, bu zaman immun reaksiya daha güclü olur. Məlumata əsasən, antitellərin səviyyəsi daha çox olur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR