Nazirlik məktəblərdə narkomaniya ilə bağlı fənnin tədrisini məqsədəuyğun saymır

Vəfa Yaqublu

© APA | Vəfa Yaqublu

# 30 noyabr 2021 12:23 (UTC +04:00)

“Bu gün şagirdlər məktəbdə 17 fənn öyrənir. Narkomaniya ilə bağlı yeni fənnin salınması məqsədəuyğun deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, son illərdə məktəblərdə reproduktiv sağlamlıqla bağlı təlimlər keçirilir: “Həyat bilgisi dərsliyinə narkomaniya ilə mübarizə məsələlərini də daxil etməyi düşünürük. Bütün ölkə üzrə yaradıcılıq məktəblərinin genişləndirilməsi prioritet olmalıdır. Təhsilin məzmununun yenilənməsi çox vacibdir. İnformatika fənnində artıq 300 məktəbdə rəqəmsal bacarıqlar öyrədilir. Bizdə Texnologiya fənni artıq üslüb-üslüb STEM layihəsinə transformasiya olunur. Peşə təmayüllü siniflər açılır. Narkomaniya təhlükəsi çox olan rayonlarda bu siniflərin sayı daha da artırılır".

V. Yaqublu deyib ki, bu gün ölkədə çarəsizlik sindromu baş alıb gedir: “Bunun səbəbi də odur ki, insanlar özünə iş tapa bilmir. Uşaqlara öz kiçik biznesini qurmaq, öz maddiyyatını idarə etmək üçün təlimlər keçirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR