Nazirlik: Prezident İlham Əliyev tərəfindən indiyədək imzalanan 35 əfv sərəncamı 5672 nəfərə şamil olunub

Aynur Sabitova

© APA | Aynur Sabitova

# 11 noyabr 2021 11:20 (UTC +04:00)

Prezident İlham Əliyev tərəfindən indiyə qədər 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlar 5672 nəfərə şamil olunub.

APA xəbər verir ki, bunu 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-in iştirakı ilə dəyirmi masada Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

İdarə rəisi qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib: "Bu da 40412 nəfərə şamil olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR