Nazirlik: Təhsil işçilərinin 83 faizindən çoxu peyvənd olunub

Nazirlik: Təhsil işçilərinin 83 faizindən çoxu peyvənd olunub

© APA | Rüstəm Ağayev

# 14 sentyabr 2021 12:52 (UTC +04:00)

"Sentyabrın 22-dən ibtidai, 29-dan bütün təhsil müəssisələrində tədrisin açılması planlaşdırılır. Bəzi hallarda peyvənd məntəqələrində sıxlıq müşahidə edilir. Bununla bağlı Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaratmışıq".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, təhsil işçilərinin demək olar ki, 82-83 faizdən çoxu peyvənd olunub: "Proses daha da sürətli gedir. Ümid edirəm ki, yaxın həftələrdə vaksinasiya olunan təhsil işçilərinin sayı daha da artacaq. 2020-2021-ci tədris ili başlayanda pandemiya ilə əlaqədar müəyyən işlər görülmüşdü. Bunlar məsafənin qorunması, təhsil müəssisənə gələn şəxslərin qızdırmasının ölçülməsi, xüsusi izolyasiya otaqlarının yaradılması və s.-dir. Bu işlər bu il də davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR