Nevroloq: “Altsheymer xəstəliyinin başlanğıcını nə xəstə, nə də yaxınları müəyyən edə bilir”

Nevroloq: “Altsheymer xəstəliyinin başlanğıcını nə xəstə, nə də yaxınları müəyyən edə bilir”
# 19 noyabr 2021 15:01 (UTC +04:00)

“Altsheymer xəstəliyinin başlanğıcını nə xəstə, nə də yaxınları müəyyən edə bilir”.

APA-nın məlumatına görə, bunu Respublika Klinik Xəstəxanasının nevroloqu Aytən Hüseynova “TƏBİB məsləhəti”ndə deyib. O bildirib ki, xəstələr artıq gecikmiş formada müraciət edirlər: “Xəstəlik gec başlayır. 65 yaşda insanın unutqanlığı, yorulması rutin hal kimi qəbul olunur. Lakin bir müddət sonra həmin şəxs işin yolunu, yeməyin altını söndürməyi, yaxınlarının adlarını unuda bilir. Bu zaman xəstələr bizə müraciət edir. Getdikcə bu hallar artır, davranış pozuntuları meydana çıxır. Xəstədə hallüsinasiya yaranır, depressiv hallar olur. Sonda xəstə zəruri vərdişlərini belə necə ödəyəcəyini bilmir”.

Nevroloq qeyd edib ki, İngiltərədə iki ilidir bu xəstəliyə qarşı vaksin istehsal etməyə başlanılıb: “Siçanlar üzərində bu vaksin yoxlanılıb. Alimlər bildirir ki, bu vaksinin insanlara erkən yaşlarda vurulması məsləhətdir ki, xəstəliyin qarşısını ala bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR