NK elmlər doktorlarının müsahibə ilə qəbul ediləcəyi dövlət qulluğu vəzifələrinin siyahısını təsdiqləyəcək

NK elmlər doktorlarının müsahibə ilə qəbul ediləcəyi dövlət qulluğu vəzifələrinin siyahısını təsdiqləyəcək
# 14 iyul 2021 17:24 (UTC +04:00)

Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR