Norma Hüquq Mərkəzinin direktoru: “Vətəndaş bizə bir mesaj yazmaqla hüquqi məsələsini araşdıra bilir” - MÜSAHİBƏ

Norma Hüquq Mərkəzinin direktoru: “Vətəndaş bizə bir mesaj yazmaqla hüquqi məsələsini araşdıra bilir” - MÜSAHİBƏ

© APA | Şamil Paşayev

# 15 iyul 2021 11:00 (UTC +04:00)

Norma Hüquq Mərkəzinin direktoru Şamil Paşayevin APA-ya müsahibəsi

- Həm də onlayn hüquqi xidmətlər həyata keçirən bir şirkətin yaradılması ideyası necə ortaya çıxdı?

- Hüquq xidmətlərinin yarandığı dövrlərdə hüquqşünaslar, alimlər gəzdikləri ərazilərdə belə xidmətlər göstərir, dərslər tədris edirdilər. Zamanla hüquqşünaslar məktəblər, akademiyalar təsis etməyə başladılar. Məsələn, Sokrat əvvəl bazara çıxırdı, bazarda insanlarla danışırdı. Zamanın tələbi ilə yanaşmalar dəyişdi.

İndi də pandemiya dönəmində insanların sərbəst hərəkəti məhdudlaşmışdı, evdə qalmaları zərurəti yaranmışdı, restoranlar, teatrlar bağlanmışdı. Adamlar zəruri xidmət ehtiyaclarını onlayn qaydada ödəməyə çalışırdılar. Eyni zamanda hüquqi xidmətlər də zəruri olduğundan bunu da onlayn həyata keçirmək mümkün idi. Yəni ənənəvi qaydadan başqa, vətəndaş konfidensiallığı da qorumaq şərtilə zənglə və norma.az saytı üzərindən lazım olan sənədləri göndərərək, hüquqi məsləhət ala, eyni zamanda sənədləri hazırlana bilər.

Nəzərə almalıyıq ki, Bakı böyük şəhərdir, meqopolisə çevrilmək üzrədir, yollarda tıxaclar var. İnsanlar da bazar iqtisadiyyatı mühitində işdən çıxa bilmirlər, boş vaxt tapmaları asan deyil. Bakıda bir yerdən başqa yerə gedib. görüş keçirib qayıtmaq adamın 3-5 saatını alır, bizim təklif etdiyimiz xidmətdə isə heç bir yerə getmədən, işindən ayrılmadan 10-20 dəqiqə ərzində eyni xidməti ala bilirsən. Bəzən bir hüquqşünasla danışmaq üçün ölkənin başqa bir rayonundan, kəndindən Bakıya gəlməyə ehtiyac yaranır. İndi isə buna ehtiyac yoxdur. Bizim təcrübəmizdə artıq var ki, xaricdə yaşayan bir neçə soydaşımızın hüquqi məsələlərini həll etmişik. Məhkəməyə iddia ərizəsi, dövlət orqanlarına şikayət ərizəsini yazılması, o cümlədən şirkətlər arasında yazışmaların həyata keçirilməsi üçün fiziki təmasa ehtiyac yoxdur. Hüquqşünasın hər hansı şirkətdə çalışması əvəzinə kənardan da konsaltinq, hüquq şirkətinin həmin şirkətin hüquqi işlərini görməsi mümkündür. Zatən hüquq şirkəti ilə korporativ şirkətlər arasında bağlanmış müqavilənin tələbinə görə bütün məsuliyyət hüquq şirkətinin üzərindədir. Bu xidmətləri də onlayn qaydada həyata keçirmək mümkündür və bu, daha effektli, səmərəlidir. Hüquq şirkəti ilə müqavilə bağlamış korporativ şirkət həm hüquqşünas üçün otaq ayırmır, maaş vermir, həm bununla bağlı kommunal xərclərdən azad olur. Bütün bunları nəzərə alanda, belə xidmət hər iki tərəf üçün daha sərfəli, daha xeyirlidir.

Dünyada hər pandemiyadan, məsələn, vəbadan, İspan qripindən, o cümlədən hazırda koronavirus pandemiyasından sonra düzən dəyişikliyi baş verir. Məsələn, biz pandemiya dövründə gördük ki, şirkətlərdə çalışan, ancaq əmək müqaviləsi olmayan insanlar müvafiq sahələr üzrə icazə verilsə də, icazə ala və sərbəst hərəkət edə bilmədilər. Hətta pandemiya ilə əlaqədar 190 manat kompensasiya, şirkətlərin maliyyə yardımında da belə problemlər ortaya çıxdı. Tutaq ki, hansısa şirkətin 500 əməkdaşı var, ancaq 200 əməkdaşın əmək müqaviləsi var, həmin şirkət dövlətdən faktiki ştatına uyğun yardım ala bilmədi. Çünki digər əməkdaşlarının əmək münasibətlərini rəsmiləşdirməmişdi. Pandemiyadan sonra istər-istəməz dünyada yeni düzən formalaşacaq və hüquq münasibətləri də bu düzənə uyğunlaşmalıdır. Azərbaycana baxsaq, hazırda onlayn alış-veriş həm qida, həm ictimai iaşə, həm geyim, həm telefon, həm məişət texnikası və digər sektorlarda artıb və artan xətt üzrə də davam edir. Yeni dövrdə, yeni əsrdə insanların tələsdiyini görürük. Biz tələskənlik də zaman azlığı ilə bağlıdır. Bu zaman azlığına görə hüquq xidmətini eyni zamanda həm də onlayn həyata keçirməyi məqsədəuyğun saydıq. Onlayn hüquqi xidməti hamı tərəfindən maraqla qarşılanır. Buna görə abunələrimiz də günü-gündən artır. Çünki həm insanların bu onlayn xidmətlərə görə pulu ödəniş aparatları, ödəniş kartları vasitəsi ilə ödəyir, qəbzsiz pul alış-verişi həyata keçirilmir. Bu, daha sərfəli və daha cəlbedicidir.

- Yeri gəlmişkən, “Norma” şirkətini yaratmaq üçün kimlərlə bu yola çıxdınız, nə zamandan faktiki fəaliyyətə başladınız?

- 2020-ci ilin fevral ayından praktik fəaliyyətə başladıq və artıq 1 il 6 aydır ki, fəaliyyət göstəririk. Xidmətlərimizə hüquq, mühasibatlıq, insan resursları ilə bağlı məsələlər daxildir. Komandamızda həm insan resursu mütəxəssisi, həm cinayət korporativ, inzibati, hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmış hüquqşünaslar, eyni zamanda mühasibləri, vergi hüququnu mükəmməl bilən şəxsləri cəlb etmişik. Hazırda həm fiziki şəxslərə xidmət göstəririk, həm də şirkətlərə. Bizə ünvanlanan müraciətlərə uyğun komandanı formalaşdıra bilmişik. Əsas hədəflərimizdən biri də peşəkar hüquqşünasların yanında gənc hüquqşünasların yetişməsi ilə bağlıdır. Yəni söhbət həm də bir məktəb rolunu yerinə yetirməkdən gedir.

- Ümumilikdə götürülsə, ölkədə bir çox hüquqi xidmətlər təqdim edən şirkətlər var. Müqayisəli yanaşılsa, belə rəqabət mühitində şirkətinizin rəqabət qabiliyyətini necə qiymətləndirmək olar? Bir sözlə, yeni forma və məzmunda təqdim edilən xidmətlər fonunda şirkətiniz özünü doğrultdumu?

- Şirkətlərin bazarda mövcudluğu və özünü doğrultması üçün müəyyən zamana ehtiyac var. Amma biz bu zaman kəsiyini tez keçdik, belə deyək, sınaqdan çıxdıq. Artıq kifayət qədər müştərimiz var. Vətəndaşlar zamanına qənaətə görə şirkətimizə üstünlük verirlər. Digər tərəfdən, komandamızdakı hüquqşünasların peşəkarlığına əminlik də bu seçimlərdə önəmli amildir. Şirkətimizi, xidmətlərimizi vətəndaşlara tanıtım üçün çarxlarda məsələnin mahiyyətini qısa yolla izah etməyə də nail olduq və həm korporativ şirkətlər, həm vətəndaşlar tərəfindən bizə müraciətlər artan xətt üzrə davam etdi. Bunun səbəblərindən biri də yeni hüquq yanaşmamız oldu. Çünki biz həm onlayn, həm ənənəvi qaydada xidmət göstəririk. Biz müxtəlif hüquqi münasibətlərə baxanda vətəndaşlara xidməti paketlər şəklində təklif edirik. Bu, indiyə qədər Azərbaycanda demək olar ki, yox idi. Biz onlayn, 24 saat xidməti də, müxtəlif paketlərlə hüquqi xidmətlərin göstərilməsini də ilk və yeganə şirkət olaraq həyata keçiririk. Bu sahədə alternativimiz də yoxdur. Ona görə şəxslər üçün xidmətlərimiz cəlbedici oldu.

- Azərbaycan qanunvericiliyi şirkətinizin onlayn xidmətlər təqdim etməsinə hər hansı çətinlik yaradırmı? Qanunvericilikdə bu sahədə hər hansı boşluq varmı ki, həmin boşluq aradan qaldırılsa, fəaliyyətiniz daha effektiv olar?

- Onlayn xidmətdə fiziki təmas arasında bir fərq yoxdur. Yəni vətəndaş hüquqşünasdan yardımı, sənədi onlayn formada alır. Qanunvericilikdə də bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bu, sadəcə, fiziki təmasın virtuallaşdırılmasıdır. Bunun da texniki tərəfinə biz cavabdehik. Vətəndaşın göndərdiyi sənədlərin konfidensiallığına, məxfiliyinə və gizliliyinə biz zəmanət veririk.

Ancaq tutaq ki, vətəndaşa vəkil xidməti lazım olduqda, vəkilə etibarnamə verdikdə vətəndaş bunu fiziki təmasla etməlidir, buna məcburdur. Amma digər xidmətlərdə şifahi və yazılı sənədləri isə onlayn qaydada təmin edilir. Əgər məhkəmədə vətəndaşı təmsil etmək lazımdırsa, təbii ki, bunu onlayn qaydada həyata keçirmək mümkün deyil. Məsələn, şirkətimizdə bir xidmət var, digər şirkətlərdə rast gəlməmişəm. Vətəndaş əmlak alqı-satqısı zamanı, yaxud daşınmaz əmlakın alqı-satqısı zamanı biz hüquqşünasın müşayiəti ilə həmin hərəkətləri yerinə yetirməyi təklif edirik. Ev, yaxud avtomobil almaq istəyirsə, notariusa bizim hüquqşünasın müşayiəti ilə getsin. Hüquqşünasın müşayiəti olarkən, nə vətəndaşdan həmin evin, avtomobilin alınmasında digər qanundankənar rüsum və ödənişlər tələb edilə bilir, nə də vətəndaşın aldanmasına imkan verir. Məsələn, bir evin iki adama satıldığını müşayiət edirik, vətəndaş həmin evi alarkən 100-200 min manat ziyana düşür. Ancaq razılaşmadan asılı olaraq vətəndaş cəmi 50, 100 manat ödəniş etməklə hüquqşünasın müşayiəti ilə daşınar, yaxud daşınmaz əmlakın alqı-satqısı zamanı aldadılmaqdan söhbət gedə bilməz, çünki onun məsuliyyətini üzərimizə götürürük. Hüquqşünas alqı-satqı müqaviləsinin şərtini müəyyən edir.

- “Norma” hüquq şirkətinin təqdim etdiyi paketlər hansılardır, həmin paketlərin müddəti və istifadə proseduru necədir?

- Sürücü hüquqi dəstək xidmətində 3 xidmət paketi mövcuddur. Standart paket 24 manat, qold paket 49, premium paket 99 manatdır. Bu paketlər 1 illik və limitsiz müraciətləri nəzərdə tutur. 24 manata standart paket alan şəxsin faktiki aya 2 manat ödəməklə şəxsi hüquqşünası olur. 14 saat ərzində nə zaman istəsə bizim *0005 nömrəsinə zəng açıb, yol-hərəkəti ilə bağlı qanunvericilik, sürücü hüquqları, inzibati xətalar, Cinayət Məcəlləsinin yol hərəkətinə aid müddəaları, kasko sığorta, avtomobil qəzası zamanı nə etmək lazım olduğu, sığorta ödənişi qaydaları və s. barədə sualların hamısına 1 il limitsiz qaydada 24 saat ərzində cavab ala bilər. İllik 49 manat ödəyərək qold paket aldıqda vətəndaş standart paketlə sadaladığım xidmətləri şifahi qaydada almaqla bərabər, həmin sənədləri yazılı qaydada da tələb edə bilər. Əgər Baş Dövlət Yol Polisi İdarəsinin, yaxud Bakı Nəqliyyat Agentliyinin əməkdaşı vətəndaşa inzibati xəta haqqında protokol və qarar tərtib edibsə, həmin qərardan müvafiq qurumlara şikayət ərizəsinin yazılmasını təmin edirik. Vətəndaş sığorta ödənişini ala bilmirsə, sığorta şirkəti ilə yazışmanı təmin edirik. Yaxud vətəndaş deyirsə ki, qəza zamanı avtomobilə 5 min manat, sığorta şirkəti 1000 manat ziyan dəydiyini bildirirsə, qiymətləndirilmənin qaldırılması, təkrar qiymətləndirmənin aparılması üçün müraciət edirik, həmin qiymətləndirmənin düz hesablanmamasına görə məhkəmə instansiyasında onu mübahisələndirə bilirik. Vətəndaş sığorta ödənişini ala bilmirsə, bununla bağlı məhkəmə instansiyasına müraciət edirik. Əgər vətəndaşa dəymiş zərərin ödənilməsi üçün digər şəxsin əmlak üzərinə həbs qoyulmalıdırsa, məhkəməyə müraciət edirik. İl ərzində bu sadaladıqlarımla bağlı limitsiz qaydada ərizələrin yazılması, eyni zamanda verilməsi daxildir. Nəzərə almaq lazımdır ki, ortalama bazar qiymətində bir iddia ərizəsinin yazılması 50 manatdan başlayır, 200 manata qədər davam edir. Amma bizdə bu, limitsizdir, əgər 100 iddia ərizəsi, şikayət yazılmalıdırsa, biz 100-nü də yazacağıq. Bu, il ərzində cəmi 49 manat ödəməklə həyata keçiriləcək. Premium paketdə isə illik 99 manat ödəməklə bayaq sadaladıqlarım xidmətlərlə bərabər, ağır və ya az ağır xəsarət almaqla əlaqədar yol hərəkəti hadisələri üzrə vətəndaşın ibtidai istintaq zamanı vəkillə təmin edilməsini də Norma Hüquq Mərkəzi təşkil edir. Bu gün ortalama cinayət işlərində normal bilik və savada malik vəkillə müqavilə bağlamaq ən azı 1000-2000 manat arasıdır. Lakin vətəndaş cəmi 99 manat ödəməklə həmin xidmətdən də yararlana bilər. Bununla vətəndaş bir növ hüquqlarını sığortalayır. Bu, baş vermiş hadisədən qabaqkı müqavilələrə aiddir. Yaxud illik cəmi 199 manat ödəməklə vətəndaşlar ailə hüquqşünası paketindən istifadə edə bilərlər. Bununla hər bir ailənin fərdi hüquqşünası olur. Vətəndaşın və ailə üzvlərinin hüquqi məsələlərlə bağlı istənilən sayda şikayət, iddia ərizələrinin, məhkəmə sənədlərinin hazırlanması, toplanması həmin məbləğə aiddir. Nəzərə alsaq ki, bir ərizə bir adama 50-100 manata başa gəlir, limitsiz sayda vətəndaş hüquq xidmətindən istifadə edə bilir. Bu, tək vətəndaşa aid deyil, yaxın qohumları da bundan istifadə edə bilərlər. Yəni 199 manat verməklə vətəndaş və ailə üzvlərinin 24 saat limitsiz müraciət, zəng edə biləcəyi şəxsi hüquqşünası olur.

- Norma Hüquq Mərkəzinin vətəndaşlara və şirkətlərə təqdim etdiyi xidmətlər arasında hansı fərq var? Tutaq ki, hər hansı şirkətin 100 avtomobili var. Şirkət bu halda sürücülüklə bağlı təqdim etdiyiniz xidmətdən necə istifadə edə bilir?

- Şirkət öz hüquq işlərini görmək üçün müraciət edir. Yəni şirkətin hüquqi sənədlərinin toplanması, hüquqi analizi, həmin şirkətin bağladığı müqavilələrin ekspertizası, hazırlanması, şirkətlər üçün sorğular yazılması, şirkətin alı-satqı, icarə, sübicarə işlərinə hüquqi dəstəyin verilməsi, yerli və xarici şirkətlərə nümayəndəliklərin açılması, bağlanması, şirkətin qanunvericiliklə bağlı mütəmadi məlumatlandırılması, maliyyə auditi, mühasibatlıq xidmətinin göstərilməsi, insan resursları xidmətinin göstərilməsi, yerli və xarici şirkətlərin ölkə daxilində və xaricdə vəkillə təmin edilməsi ilə bağlı şirkətə tam hüquq paketi verilir. Bu, kooperativ şirkətlərə hüquq xidmətinin göstərilməsidir. Amma kooperativ şəkildə avtomobilləri varsa, şirkət sürücü paketinə qoşulmaq istəyirsə, bu halda qiymətlərdə həmin şirkətlərə endirim etməyimiz mümkündür. Danışıq və qiymətdə razılaşmaqla sürücü dəstək xidmətini veririk.

- Yəni şirkətlər üçün də standart, qold, premium paketləri yoxdur?

- Şirkətlərdə məsələ fərdi olduğu üçün bu, ümumi, qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Şirkət var ki, dövriyyəsi 10 milyon manat, şirkət var ki, 10 min manatdır. Yəni bunların arasında görəcəyin işin həcminə görə fərq var. Ona görə də bu məsələlər fərdi qaydada tənzimlənir.

- Şirkətlərlə münasibətlərin onlayn qaydada tənzimlənməsi necə mümkündürmü?

- Mümkündür. Bu, hansı xidmətlərin göstərilməsinin yazılı qaydada razılaşdırılması ilə mümkündür. Norma.az saytına daxil olub, hüquqi şəxs kimi qeydiyyatdan keçib, müraciət etmək mümkündür. Şirkətlərə onlayn xidmət verməyimiz mümkündür və bunu həyata da keçiririk.

- Norma Hüquq Mərkəzində həm də mühasibatlıq xidmətləri təklif edilir...

- Norma Hüquq Mərkəzi həm hüquq, həm mühasibatlıq, həm insan resursları məsələsi ilə bağlı xidmətlər təklif edir, həyata keçirir. Bu da bir şirkətin bir ünvanda ona lazım olan bütün xidməti alması üçündür. Norma Hüquq Mərkəzi ilə müqavilə bağlanır, şirkət bilir ki, hüquq və mühasibatlıq məsələləri kənarda həll ediləcək. Şirkət bu məsələlərlə məşğul olmur, öz strategiyasına uyğun olan işləri həyata keçirir. Bu da işin daha da rahatlaşmasına yönəlik addımdır.

- Norma Hüquq Mərkəzi xaricdəki azərbaycanlılara da xidmətlər təklif edir. Bu, hansı mexanizm əsasında həyata keçirilir?

- Həm xaricdə yaşayan soydaşlarımız, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər var. Rusiya, Gürcüstan, Türkiyə, İran, eyni zamanda dünyanın müxtəlif yerlərində olan şəxslərə onlayn qaydada hüquq xidməti göstərə bilərik. İngilis, ərəb, fars, rus, türk, alman dilini bilən tərcüməçilərimiz, həm də bu dilləri mükəmməl bilən mütəxəssislərimiz var, onlayn qaydada xidmət göstərə bilərik. Eyni zamanda soydaşlarımız, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin xaricdən vəkillə təmin edilməsi zərurəti yaranırsa, bizim xarici ölkələrin hüquq şirkətləri ilə qarşılıqlı müqavilələrimiz var. Həmin müqavilələrə əsasən biz onları xaricdə də tərəfdaşlarımız vasitəsi ilə vəkillərlə təmin edə, onların hüquqlarını müdafiə edə bilərik. Bu da bir ilkdir, indiyə qədər belə mexanizm yox idi. Tutaq ki, vətəndaşımız Türkiyəyə gedib, yaxud Türkiyə vətəndaşının Azərbaycanda vəkillə təmin edilməsinə ehtiyac varsa, Norma Hüquq Mərkəzi bunu təmin edə bilər.

- Norma Hüquq Mərkəzinin inkişaf strategiyası necədir?

- Pandemiya dönəmi başa çatdıqdan, xüsusi karantin rejimi tədbirləri götürüldükdən sonra Norma Hüquq Mərkəzinin əməkdaşlarının rayonlarda, bölgələrdə vətəndaşların hüquqi məsələlərinin həlli üçün yerlərdə qəbullar həyata keçirəcək. Bizim müxtəlif regionlara ayda ən azı bir dəfə səfərimiz olacaq. Bu da vətəndaşlarla daha sıx təmasımızı şərtləndirəcək. Gələcəkdə isə Şuşa, Gəncədə, digər bölgələrimizdə vətəndaşların daha rahat müraciət etmələri yerli ofislərin yaradılması təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR