Növbəti dörd ildə COVID-ə qarşı vaksinasiya büdcə xərclərinin əsas istiqamətlərindən olacaq

Növbəti dörd ildə COVID-ə qarşı vaksinasiya büdcə xərclərinin əsas istiqamətlərindən olacaq
# 09 sentyabr 2021 11:14 (UTC +04:00)

Növbəti 4 il ərzində pandemiyanın xarakterindən və kollektiv immunitetin səviyyəsindən asılı olaraq vaksinasiya tədbirlərinin davam etdirilməsi dövlət büdcəsində xərclər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilib ki, eyni zamanda əhalinin sosial müdafiəsinin təmin edilməsi, sosial ödənişlərin indeksasiyası, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi, müharibə veteranlarının, əlil və şəhid ailələrinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, insanların sağlamlığının qorunması da dövlət büdcəsində xərclər üzrə siyasətin əsas istiqamətlərindəndir.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR