Növbəti tədris ilində peşə təmayüllü siniflərin sayı artırılacaq

Növbəti tədris ilində peşə təmayüllü siniflərin sayı artırılacaq

© APA | Növbəti tədris ilində peşə təmayüllü siniflərin sayı artırılacaq

# 03 avqust 2021 16:16 (UTC +04:00)

2020-2021-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi paytaxt və bölgələrdə 35 məktəbdə 55 sinif olmaqla 1187 şagirdi əhatə edib.

APA-nın məlumatına görə, bunu “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin 2019-2020, 2020-2021-ci tədris illəri üzrə yekunlarına dair hesabat tədbirində layihə rəhbəri Xanım Şabanova bildirib. Onun sözlərinə görə, növbəti tədris ilində isə hədəf layihə çərçivəsində təşkil edilən siniflərin sayının 80 məktəbdə 124 sinfə, şagirdlərin sayının isə minimum 2200-ə çatdırılmasından ibarətdir.

X.Şabanova qeyd edib ki, növbəti tədris ilində mövcud bəzi məktəblərdə paralel siniflərin açılması, həmçinin, yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır. O, cari tədris ilindən etibarən peşə təmayüllü siniflərin şagirdlərinə sürücülük modulunun keçirilməsi, 20 məktəbdə STEAM layihəsinin inteqrasiyası və ölkədə ilk dəfə ümumi təhsil səviyyəsində təhsil alan şagirdlərə karyera məsləhətçiliyi xidmətinin baş tutması barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin idarə heyəti və müəllim-şagird kollektivi iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR