Noyabrda ABŞ-dan Azərbaycana daha 6 baş minaaxtaran it gətiriləcək

ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında imzalanma

© APA | ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında imzalanma

# 26 avqust 2021 16:26 (UTC +04:00)

“Minatəmizləmə işlərinin böyük əksəriyyətini itlərlə ərazinin yoxlanması təşkil edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

ANAMA-nın sədri bildirib ki, ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında əməkdaşlığın davamı üçün bu gün yeni anlaşma imzalanacaq: “Avqust ayının 23-də növbəti 10 it MLI tərəfindən bizə təqdim olunub. Ümumiyyətlə, anlaşmaya görə 2023-cü ilə qədər ANAMA-ya 30 ədəd it veriləcək. 10 it artıq agentliyin bazasındadır. Onlarda iqlimə uyğunlaşma prosesi gedir. Təlimlərdən sonra itlər əməliyyatlara cəlb ediləcək. Növbəti 6 it bu ilin noyabr ayında Azərbaycana gətiriləcək. Daha 14 itin bir hissəsi gələn ilin iyun ayında, sonuncu itlər isə 2023-cü ildə Azərbaycana gətiriləcək. 30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyələşməsi həyata keçiriləcək”.

O, hazırda ANAMA əməkdaşlarının sərəncamında 24 baş minaaxtaran it olduğunu deyib: “24 itdən 2-si bizim mütəxəssislər tərəfindən yetişdirilib. Təəssüflər olsun ki, itlər də müəyyən yaşa çatdıqdan sonra təqaüdə gedir. Adətən həmin itləri bələdçilərə veririk. Bəzi hallarda bu mümkün olmadıqda itləri saxlayırıq və əməliyyatlara cəlb edirik. Vaxtaşırı bizim mütəxəssislər itlərə baş çəkir. İtlər minatəmizləmə əməliyyatlarında çox böyük rol oynayır. İtlər həm minaxtaranlar tərəfindən, həm də maşınlar tərəfindən təmizlənən əraziləri yoxlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR