NRYTN yanında İctimai Şuraya seçkilər keçirilib - FOTO

NRYTN yanında İctimai Şuraya seçkilər keçirilib - <span class="red_color">FOTO
# 12 iyun 2021 19:27 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında İctimai Şuraya seçkilər keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, seçkidə vətəndaş cəmiyyəti institutlarının seçki gününə 10 gün qalanadək qeydiyyatdan keçmiş 102 təmsilçisindən 85-i seçici qismində iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 85 seçki bülletenindən 2-si etibarsız sayılıb.

Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış adları aşağıda qeyd olunan şəxslər İctimai Şuranın tərkibinə seçiliblər.

Məhərrəmova Elnarə Aşır qızı – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri

Nəbiyev Qalib Təsim oğlu – “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri

Bu seçkilər nəticəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın tərkibi tam formalaşmadığı üçün 16 iyun 2021-ci il tarixində nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında  seçkilərin II turu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR