Oğuz sakini sirkə turşusundan zəhərlənib

Oğuz sakini sirkə turşusundan zəhərlənib
# 30 sentyabr 2021 09:34 (UTC +04:00)

Oğuzda 34 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü, Oğuz rayonu Tayıflı kənd sakini Sakit Faiq oğlu İbrahimov zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S. İbrahimovun bilməyərəkdən sirkə turşusu içib zəhərləndiyi məlum olub. S. İbrahimova xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR