Oğuzda kafedə nöqsanlar aşkarlanıb

AQTA Oğuzda kafedə yoxlama keçirib

© APA | AQTA Oğuzda kafedə yoxlama keçirib

# 21 iyun 2021 11:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Oğuz şəhəri, Cavanşir küçəsində yerləşən fiziki şəxs İsmayılov Tehran Aman oğluna məxsus “Ad Günü” kafesində yoxlama keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR