Oğuzda piyadanı maşın vurub

Oğuzda piyadanı maşın vurub
# 18 iyul 2021 16:58 (UTC +04:00)

Oğuz rayonunda 47 yaşlı piyadanı maşın vurub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndi ərazisində baş verib.
Pərvin İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə rayonun Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədhənifə oğlu Cabbarovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Cabbarov ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR