Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ - VİDEO

Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək - <span class="red_color">XƏBƏRDARLIQ - <span class="red_color">VİDEO
# 21 iyun 2021 16:51 (UTC +04:00)

Həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də  isə aran rayonlarında  42-44 dərəcəyədək  yüksələcək.

Tibbi-meteoroloji  proqnoza əsasən, həftə ərzində Bakıda  və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz  güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR