Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb
# 14 iyul 2021 15:28 (UTC +04:00)

“2020-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkomaniya ilə mübarizə" mövzusunda çıxışında deyib.

O bildirib ki, onlardan 618-i qadındır: “Rəsmi qeydiyyatda olanlardan 15-17 yaş arasında olanlar 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə fərq böyük deyil. Qadınların sayında da artım çox deyil. Bundan başqa, qeydiyyatda olmayanlar da var. Məncə, artım var, amma şiddətli deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR