Ombudsman: "Ağdamda toplanılan faktlar beynəlxalq məhkəmə proseslərində sübut kimi təqdim olunacaq"

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 17 sentyabr 2021 15:24 (UTC +04:00)

“Bu gün faktaraşdırıcı missiyanı Ağdam şəhərində keçiririk”.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva Ağdama səfər çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, Ağdamın ölkəmizin ən gözəl, müasir şəhərlərindən biri olduğunu deyib: “Bu gün gördüyümüz Ağdam tamamilə yerlə-yeksan olunmuş, dağıntılara məruz qalmış şəhərdir. Xarici müşahidəçilər Ağdamı ziyarət edərkən buranı “Qafqazın Xirosiması” adlandırırlar. Bu, təsadüfi deyil, obyektiv bir ifadədir. Hər şey göz qarşısındadır. Bu, bizim millətimizə, dövlətimizə qarşı vandalizm, mədəni irsimizin dağıdılmasıdır”.

O bildirib ki, Ağdamda toplanılan faktlar gələcəkdə beynəlxalq hüquq müstəvisində müvafiq məhkəmə proseslərində sübut kimi təqdim olunacaq: “Belə hallarda dünya praktikasına əsasən təzminat tələbi irəli sürülür və təmin olunmasında bu cür hesabatların çox böyük əhəmiyyəti var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR