Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılıb

Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılıb
# 26 may 2021 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərini, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər müvafiq beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılıb.

Ombudsman Aparatından APA-ya bildirilib ki, uşaq hüquqları ilə bağlı ayrıca struktur bölmənin yaradılmasında məqsəd müvafiq sahədə fəaliyyətin və idarəetmənin təkmilləşdirilməsindən ibarətdir.

Uşaq hüquqlarının müdafiəsi sektoru bu sahədə mövcud olan problemlərin sistemləşdirilməsinə, onların hüquqları ilə bağlı maarifləndirilməsinə, uşaqlarla bağlı məsələlərdə onların iştirakının və əlçatanlığının təmin edilməsinə, onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi ilə bağlı müraciətlərin operativ qaydada həllinə, uşaq hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, habelə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR