Ombudsman erməni terrorçunun Şuşa yaxınlığında Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atmasını pisləyib - YENİLƏNİB - VİDEO

Ombudsman erməni terrorçunun Şuşa yaxınlığında Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atmasını pisləyib - YENİLƏNİB  - VİDEO
# 13 noyabr 2021 11:32 (UTC +04:00)

Əldə etdiyimiz məlumata əsasən, 2021-ci il 13 noyabr tarixində, səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbiçilərə qarşı törədilən terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Twitter” səhifəsində bildirilib.

“Azərbaycan və Rusiya hərbiçilərinə qumbara atmaqla cinayət törətmiş terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb. Cəzasızlıq mühitindən bəhrələnərək qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən növbəti dəfə törədilmiş cinayət günahsız insanların qətlə yetirilməsinə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olmaqdadır. İnsanların hüquq və azadlıqlarının və davamlı sülhün təmin olunmasına real təhlükə yaradan bu kimi əməlləri qətiyyətlə pisləyir, cinayətkarın törətdiyi əmələ müvafiq olaraq cəzalandırılmasını tələb edirik”, - məlumatda vurğulanıb.

***

saat 11:02

Bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktını şiddətlə qınayırıq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin (Ombudsman) “Twitter” səhifəsindəki paylaşımda bildirilib.

“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR