Operativ Qərargah uşaqların COVID-19-a qarşı peyvənd edilməsinə münasibət bildirib

Operativ Qərargah uşaqların COVID-19-a qarşı peyvənd edilməsinə münasibət bildirib
# 20 avqust 2021 12:13 (UTC +04:00)

“Uşaqlara COVID-19 peyvəndinin vurulması vaksin şirkətləri tərəfindən tövsiyə edilmir. Lakin bəzi ölkələrdə uşaqlara peyvənd vurulur”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu barədə Azərbaycanda hələlik bir qərar yoxdur: “Beynəlxalq təşkilatlar tərəfindən bu məsələ ilə bağlı hər hansı qərar olarsa, bizdə də bu tətbiq olunacaq”.

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə qeyd edib ki, risk qrupunda olan 18 yaşa qədər şəxslər poliklinikalara müraciət edə və əgər həkim məsləhət bilsə, onlar vaksin oluna bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR