Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 27-58%-ni mənimsəyir

Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 27-58%-ni mənimsəyir
# 23 iyun 2021 17:39 (UTC +04:00)

Ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Azərbaycan bölməsində orta statistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 52.11%, riyaziyyatdan 29.77%, ingilis dilindən 37.51%-nə, II mərhələdə ana dilindən 58.12%, ədəbiyyatdan 49.82%, riyaziyyatdan 32.29%, fizikadan 27.41%, kimyadan 32.85%, biologiyadan 54.07%, tarixdən 40.25%, coğrafiyadan 34.78%-nə düzgün cavab verib.

Rus bölməsində orta statistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 57.09%, riyaziyyatdan 31.84%, ingilis dilindən 51.03%-nə, II mərhələdə ana dilindən 53.14%, ədəbiyyatdan 47.05%, riyaziyyatdan 33.52%, fizikadan 27.72%, kimyadan 33.14%, biologiyadan 47.92%, tarixdən 31.15%, coğrafiyadan 30.71%-ni düzgün cavablandırıb.

Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58%-nə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 42-73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR