Ötən ay fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

© APA | Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

# 27 iyul 2021 12:39 (UTC +04:00)

İyunda fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 14 946 vahid və ya 0,9% artaraq 1,68 milyon vahid təşkil edib.

Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 150 vahid, fiziki şəxslər üzrə 12 525 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 1 271 vahid artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR