Ötən ay Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik dərəcələri veriləcək

Ötən ay Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik dərəcələri veriləcək
# 07 dekabr 2021 11:24 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Daxil Qoşunların hərbi həkim-ekspertləri erməni terroru nəticəsində xəsarət almış iki hərbçi və bir mülki şəxsi ziyarət ediblər.

Nazirlikdən APA-ya bildirilib ki, hər üç şəxs - ötən ay hərbi xidmət vəzifələrini yerinə yetirərkən Füzuli rayonunda minaya düşən hərbi qulluqçular Sarib Məmmədzadə, Murad Məmmədzadə və Cəbrayıl rayonunda təmir-tikinti işləri apararkən minaya düşən mülki şəxs Natiq Məmmədov hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.

Həkim-ekspertlər tərəfindən onların əyani müayinəsi də aparılıb və hər birinin hazırkı sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olduğu müəyyən edilib. Müayinə foto-videolar çəkiliş də aparılmaqla aktlaşdırılıb və qısa müddətdə müvafiq şəhadətnamə və göndəriş təqdim edildikdən sonra onlara əlillik dərəcələri təyin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR