Ötən gün 166 nəfər “COVID-19” pasportu olmadığına görə toylara buraxılmayıb

DİN

© APA | DİN

# 20 noyabr 2021 10:16 (UTC +04:00)

Noyabrın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində344 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 166 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR