Ötən il 2723 nəfər narkotik istifadəçisi kimi qeydiyyatdan çıxarılıb

Ötən il 2723 nəfər narkotik istifadəçisi kimi qeydiyyatdan çıxarılıb
# 08 dekabr 2021 15:25 (UTC +04:00)

“5 ildən sonra narkotik istifadəçiləri əgər yenidən bu vasitələri qəbul etmirsə, narkotik istifadəçisi kimi qeydiyyatdan çıxarılır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsində “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, 2020-ci ildə 2723 nəfər narkotik istifadəçisi kimi qeydiyyatdan çıxarılıb: “Rəsmi qeydiyyatda olan 33 788 narkotik istifadəçisindən 618 nəfəri qadındır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR