Ötən il müsabiqədə iştirak hüququ qazanan 17 faizdən çox abituriyent ixtisas seçimində iştirak etməyib 

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 23 iyun 2021 15:32 (UTC +04:00)

2020-ci ildə ali məktəblərə ixtisas seçimində 52049 nəfər abituriyent iştirak edib.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Qeyd edilib ki, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 17.14%-i (10765 nəfər) arzu etdikləri ixtisaslara qəbul olmaq üçün kifayət qədər yüksək bal toplamadıqlarına, yaxud xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olduqlarına görə qəbul kampaniyasının ixtisas seçimi mərhələsində iştirak etməyib.

Bundan əlavə, ixtisas seçimində 14295 subbakalavr da iştirak edib. İxtisas seçimi mərhələsində ərizə verən abituriyentlərin 9130 nəfəri, subbakalavrların 1331 nəfəri ərizəsində ali təhsil müəssisələrinin yalnız dövlət sifarişi əsasında ayrılmış yerlərini, 14605 abituriyent və 4487 subbakalavr isə yalnız ödənişli əsaslarla ayrılmış yerlərini seçib. Ödənişli əsaslarla ayrılmış yerləri seçənlərin 771 nəfəri (532 abituriyent və 239 subbakalavr) ərizələrində yalnız özəl təhsil müəssisələrinin ixtisaslarını göstərib.

Bu mərhələdə ərizə verən abituriyentlərin 54.40%-i (28314 nəfər), subbakalavrların 59.30%-i (8477 nəfər) ərizəsində həm dövlət sifarişli, həm də ödənişli əsaslarla olan yerləri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR