Ötən il pandemiya ilə mübarizədə tibb işçilərinə ödənilən əlavələr açıqlanıb

Ötən il pandemiya ilə mübarizədə tibb işçilərinə ödənilən əlavələr açıqlanıb
# 24 may 2021 16:42 (UTC +04:00)

2020-ci ildə koronavirus pandemiyası ilə mübarizədə səhiyyə sahəsi üzrə 612.5 milyon manat vəsait ayrılıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə (185.5 milyon manat) əlavələr ödənilib, zəruri tibbi ləvazimatlar və avadanlıqlar, dərman vasitələri alınıb (248.0 milyon manat), çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətləri təmin edilib (112.8 milyon manat), karantin müəssisələrində karantin nəzarətinə götürülmüş şəxslərə zəruri xidmətlər göstərilib (21.1 milyon manat), nəzərə tutulmuş bir sıra zəruri tədbirlər (45.1 milyon manat) həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR