Ötən il yerli icra qurumlarında 12 nəfər dövlət qulluğundan azad edilib, 182 şəxsə töhmət verilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 03 iyun 2021 11:08 (UTC +04:00)

Ötən il yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 201 intizam tənbeh tədbiri təhlil edilib.

APA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq etik davranış məsələləri ilə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə 2020-ci il üzrə hesabatında bildirilib.

Təhlil zamanı müəyyən olunub ki, Masallı Rayon İcra Hakimiyyəti üzrə 19, Lerik Rayon İcra Hakimiyyəti üzrə 16, Qobustan Rayon İcra Hakimiyyəti üzrə 12, Samux Rayon İcra Hakimiyyəti üzrə 11, Ağcabədi Rayon İcra Hakimiyyəti üzrə 11, Tərtər Rayon İcra Hakimiyyəti üzrə 10, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 9, Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə 8, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə 8, Qazax Rayon İcra Hakimiyyəti üzrə 8, Bərdə Rayon İcra Hakimiyyəti üzrə 6, İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə 6, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə 6, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Qaradağ Rayon İcra Hakimiyyəti üzrə 5, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 5, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə 5, Səbail Rayon İcra Hakimiyyəti üzrə 4, Ağdam Rayon İcra Hakimiyyəti üzrə 4, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə 4, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 4, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 3, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 3, Tovuz Rayon İcra Hakimiyyəti üzrə 3, Bakı Şəhər İcra Hakimiyyəti üzrə 2, Nərimanov Rayon İcra Hakimiyyəti üzrə 2, Füzuli Rayon İcra Hakimiyyəti üzrə 2, İmişli Rayon İcra Hakimiyyəti üzrə 2, Cəlilabad Rayon İcra Hakimiyyəti üzrə 2, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə 2, Pirallahı Rayon İcra Hakimiyyəti üzrə 1, Yasamal Rayon İcra Hakimiyyəti üzrə 1, Kürdəmir Rayon İcra Hakimiyyəti üzrə 1, Oğuz Rayon İcra Hakimiyyəti üzrə 1, Qax Rayon İcra Hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 11, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən 5, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən 4, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən 4, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 4, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən 3, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən 1 dövlət qulluqçusuna xəbərdarlıq edildiyi bildirilib.

Laçın Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi barədə məlumat verilməyib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub. Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 5, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 34, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 2, 9-cu (mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 2, 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 154, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 2 intizam tənbeh tədbiri tətbiq edilib.

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatda 2 intizam tənbeh tədbirinin tətbiq edildiyi göstərilsə də, pozulmuş etik davranış qaydası qeyd edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR