Ötən il zəif nəticə göstərən abituriyentlər üstünlük təşkil edib

Ötən il zəif nəticə göstərən abituriyentlər üstünlük təşkil edib
# 23 iyun 2021 16:16 (UTC +04:00)

Ötən il qəbul imtahanlarının nəticələri əsasında Azərbaycan və rus bölmələri üzrə ayrılıqda abituriyentlərin topladıqları balların I-IV və V ixtisas qrupları üzrə paylanması müəyyənləşdirilib. 

APA-nın xəbərinə görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Təhlil göstərir ki, I-IV ixtisas qruplarında hər iki bölmə üzrə abituriyentlərin ballarının paylanma histoqramları sağtərəfli asimmetriyaya malikdir. Bu o deməkdir ki, abituriyentlərin tam seçimində orta nəticə göstərən (Azərbaycan bölməsində 259.79, rus bölməsində 267.84 bal) abituriyentlərə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir.

V ixtisas qrupu üzrə də abituriyentlərin tam seçməsində orta bal ətrafında nəticə göstərən (Azərbaycan bölməsində 109.78, rus bölməsində 120.58 bal) abituriyentlərə nəzərən zəif nəticə göstərən abituriyentlər üstünlük təşkil edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR