Ötən ildən Azərbaycanda 16 dağ piyada marşrutu hazırlanıb

Ötən ildən Azərbaycanda 16 dağ piyada marşrutu hazırlanıb
# 25 may 2021 16:30 (UTC +04:00)

“Milli parklarda turizm infrastrukturunun olması bizim hədəflərimizdəndir”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib.

O bildirib ki, bunun üçün müəyyən işlər görülüb: “Nazirlikdə birlikdə fəaliyyət planımız var. Ötən ildən başlayaraq Azərbaycanda 16 dağ piyada marşrutu hazırlamışıq. Bunlar tələb əsasında müəyyən regionları əhatə edir. Bu il Nazirliklə belə qərar verilib ki, müəyyən marşrutları milli parkların daxilində də tətbiq edək. Artıq şimal rayonlarında 6 marşrut hazırdır. Növbəti hədəf cənubda Talış dağlarıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR