Ötən ilin təhsil xərcləri açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 24 may 2021 17:02 (UTC +04:00)

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 229,6 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 11,4 faiz həcmində (2019-cu illə müqayisədə 1,2 faiz-bənd çox) və ya 3003,9 milyon manat vəsait yönəldilib.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu da 2019-cu illə müqayisədə 517,6 milyon manat və ya 20,8 faiz çoxdur. Son 5 ildə (2016-2020-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 faiz-bənd, natural ifadədə isə 1019,9 milyon manat və ya 1,6 dəfə artıb. Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla), təhsil xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 1632,1 milyon manatı və ya 58,8 faizi ümumi təhsil xərclərinin (2019-cu illə müqayisədə 367,8 milyon manat və ya 29,1 faiz çox), 500,5 milyon manatı və ya 18,0 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (məktəbdənkənar təhsil müəssisələrinin, ərazi maliyyə hesablaşma mərkəzlərinin və mərkəzləşdirilmiş mühasibatlıqların saxlanılması saxlanılması xərcləri, publik hüquqi şəxslərə maliyyə yardımının (subsidiya) ayrılması, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri və təhsil sahəsində digər tədbirlər) (2019-cu illə müqayisədə 95,3 milyon manat və ya 25,3 faiz çox), 318,3 milyon manatı və ya 11,5 faizi ali təhsil xərclərinin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin təminatı ilə bağlı xərclər) (2019-cu illə müqayisədə 86,7 milyon manat və ya 37,4 faiz çox), 207,5 milyon manatı və ya 7,5 faizi məktəbəqədər təhsilin, 68,6 milyon manatı və ya 2,5 faizi orta ixtisas təhsilinin (2019-cu illə müqayisədə 8,2 milyon manat və ya 25,5 faiz çox) 4,0 milyon manatı və ya 0,1 faizi təhsil sahəsində tətbiqi tədqiqatların, 2,7 milyon manatı və ya 0,1 faizi əlavə təhsilin (2019-cu illə müqayisədə 1,0 milyon manat və ya 60,2 faiz çox) maliyyələşdirilməsinə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq təhsil xərcləri üzrə (cari) əməyin ödənişinə 2099,8 milyon manat (2019-cu illə müqayisədə 571,5 milyon manat və ya 37,4 faiz çox ), malların (işlərin və xidmətlərin) satın alınmasına 435,1 milyon manat, subsidiyalara, qrantlara və digər ödənişlərə 45,6 milyon (2019-cu illə müqayisədə 10,9 milyon manat və ya 31,4 faiz çox), sosial ödənişlərə 125,3 milyon manat (2019-cu illə müqayisədə 42,1 milyon manat və ya 50,6% çox), qeyri-maliyyə aktivlərinin (sosial, mədəni və məişət təyinatlı obyektlərinin əsaslı təmiri və yenidənqurmasına, maşın və avadanlıqlar, istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər və s.) alınmasına 68,4 milyon manat (2019-cu illə müqayisədə 27,5 milyon manat və ya 67,2 faiz çox) vəsait sərf edilib. Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30,0 faizədək artırılması təmin edilib.

2020-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 12,8 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR