Ötən tədris ilində buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 18 noyabr 2021 10:12 (UTC +04:00)

2020/2021-ci tədris ili üzrə ümumtəhsil müəssislərində IX və XI sinif buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin 2020/2021-ci tədris ili üzrə ümumtəhsil müəssislərində təhsil almış məzunlar barədə statistik məlumatlarında məlumat verilib. Ötən tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarından azad edilən şagirdlərin sayı 862 olub, onlardan 848 nəfərin yekun attestasiyası aparılıb.

XI siniflər üzrə isə 147 nəfər buraxılış imtaanlarından azad edilib, onların hamısının yekun attestasiyası aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR