Özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyənləşib

Özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyənləşib
# 09 iyul 2021 11:42 (UTC +04:00)

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi müəyyənləşib.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə dövlət rüsumu 100 manat olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR