Özünüməşğulluq proqramına nəzarət üçün elektron monitorinq mexanizmi yaradılacaq

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 17 iyul 2021 19:26 (UTC +04:00)

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndiriləcək.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun məşğulluqla bağlı bir sıra normativ aktlara dəyişikliklər edilməsi barədə qərarına verilən izahda qeyd olunub.

Qərarda nəzərdə tutulan əsas dəyişikliklər:

1. İşaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına cəlb olunmasına imkan yaradılır;

2. “Məşğul şəxslərin reyestri”nin aparılmasında inzibatçılıq təkmilləşdirilir;

3. Məşğul şəxslər barədə məlumatlar elektron qaydada aidiyyəti dövlət qurumlarının elektron sistemlərindən əldə olunur;

4. Özünüməşğulluq proqramına cəlb olunan şəxslərin inkişafı baxımından, təqdim olunmuş əmlakların istifadə və monitorinq müddəti 2 ildən 1 ilədək azaldılır və daha səmərəli nəzarətin təmin edilməsi üçün elektron monitorinq mexanizmi yaradılır;

5. Məşğulluq tədbirlərinin təşkilində elektron xidmətlərin tətbiqi daha da genişləndirilir;

6. ƏƏSMN-yi tərəfindən yaradılmış “Məşğul şəxslərin reyestri”nə hazırda kağız daşıyıcılarda təqdim olunması tələb olunan aşağıda qeyd edilən məlumatlar dəyişikliklərdən sonra elektron qaydada müvafiq dövlət informasiya sistemlərindən əldə olunacaq:

* muzdla çalışanlar haqqında məlumatlar (xüsusi rütbəlilər və s.) - məcburi dövlət sosial sığorta haqları üzrə sığorta edənlər tərəfindən təqdim olunan hesabat məlumatları əsasında, İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən;

* kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri – İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” sistemindən;

* ailə kəndli təsərrüfatlarının üzvləri barədə məlumatlar - Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” sistemindən;

* miqrasiya sahəsində məlumatlar – Dövlət Miqrasiya Xidmətinin müvafiq informasiya sistemindən;

* Özünüməşğulluq proqramı üzrə daha səmərəli nəzarətin təmin edilməsi üçün elektron monitorinq mexanizmi yaradılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR