Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub

Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
# 28 iyul 2021 12:29 (UTC +04:00)

Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası genişlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, bu sıraya bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalçayuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) əlavə olunub. Bununla da artıq vətəndaşlar həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.

Ümumilikdə proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paket təqdim edilir.

Bu ilin 6 ayı ərzində proqrama 7 min nəfər işsiz və işaxtaran şəxs cəlb edilib. Proqrama müraciət edən şəxslər elektron reyestrdə toplanır, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilir. Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq mümkündür: dma.gov.az/fealiyyet/fealiyyet/fealiyyet-istiqametleri/ozunumesgulluq-tedbirleri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR