Pandemiya dövründə kitabxana və oxu zallarından istifadə olunmamalıdır

Pandemiya dövründə kitabxana və oxu zallarından istifadə olunmamalıdır
# 16 iyun 2021 18:04 (UTC +04:00)

Pandemiya dövründə kitab, qəzet və dəftərxana mallarının satışı ilə məşğul olan xidmət sahələri üçün tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Sənəddə qeyd olunub ki, kitab, qəzet və dəftərxana mallarının satışı ilə məşğul olan xidmət sahələrində onlayn satışlara üstünlük verilməlidir.

Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir.

Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR