Parisdə sanitariya keçidlərinə qarşı aksiyalar keçirilir

Parisdə sanitariya keçidlərinə qarşı aksiyalar keçirilir

© APA | Parisdə sanitariya keçidlərinə qarşı aksiyalar keçirilir

# 04 sentyabr 2021 17:46 (UTC +04:00)

Parisdə sanitariya keçidlərinə qarşı etirazlar yenidən başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, aksiya iştirakçıları Fransada sanitariya keçidlərinin tətbiqinə etiraz edərək, növbəti dəfə meydana çıxıblar. Əllərində "Azadlıq" şüarı tutan etirazçılar Fransa Prezidenti Emmanuel Makronun istefasınl tələb edirlər.

Sanitariya keçidlərinə qarşı digər iki etiraz aksiyası isə “Sarı jiletlilər” hərəkatı tərəfindən təşkil edilib. Nümayişlərin ölkənin digər şəhərlərində də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən şənbə günü keçirilən aksiyalarda təxminən 160 min nəfər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR