Parlamentin komitə sədri qanunda müharibə əlilləri və adi əlillər arasında fərq qoyulmasına qarşıdır

Deputat Musa Quliyev

© APA | Deputat Musa Quliyev

# 08 iyun 2021 14:25 (UTC +04:00)

“Qanunda müharibə əlilləri və adi əlillərə heç bir fərq qoyulmalı deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, bu bizim də qoşulduğumuz əlillərlə bağlı beynəlxalq konvensiyaya ziddir: “Müharibə əlillərinə ayrıca imtiyazlar müəyyən edilməlidir, Azərbaycanda da bu şəxslərə 15-ə qədər imtiyaz müəyyən edilib. Onların aldığı pensiya dəfələrlə çoxdur, Prezident təqaüdü alanlar da var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR