Parlamentin komitə sədri qiymət artımının gələn il davam edib-etməyəcəyi ilə maraqlanıb

Musa Quliyev

© APA | Musa Quliyev

# 16 noyabr 2021 16:24 (UTC +04:00)

“Seçiciləri maraqlandıran əsas sual bu il davam edən qiymət artımlarının gələn il davam edib-etməyəcəyi ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, gələn il büdcəmizdə əməkhaqqı, pensiya, təqaüdlərin artırılmasını nəzərdə tuturuq: “Amma biz gələn il inflyasiyanın qarşısını almaq üçün lazımi addımlar atmasaq, bu tədbirlərdən vətəndaşlarımız faydalana bilməyəcək. Dünyada hazırda çox ciddi ərzaq qıtlığı prosesi gedir. Ona görə də biz ilk olaraq ərzaq təminatımızı həyata keçirməliyik. Digər tərəfdən, yaxşı iş yeri yarada, yaxşı maaş verə bilsək, digər sosial təminatlara da ehtiyac qalmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR